XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Azərbaycanın stolüstü tennisçiləri nüfuzlu turnirdə iki medal qazanıblar
İdman 12:18 / 01.03.2024

Azərbaycanın stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dünya seriyalı "WTT Youth Contender” turnirində iki medal qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasındanverilən məlumata görə, yığma komandamızın üzvlərindən Onur Quluzadə qızıl, Yağmur Məmmədli isə bürünc medala sahibi olub.

13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini uğurla adlayan O.Quluzadə digər rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn tennisçi yarışın qızıl medalına layiq görülüb.

Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrupda rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra növbəti mərhələlərdə də inamlı çıxış edərək finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzan Y.Məmmədli fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, "WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.



16223 oxunub

InvestAZ