XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Karateçilərimizin Fuceyra sınağı 3 medalla yadda qaldı
İdman 15:54 / 26.02.2024

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən "Karate 1 Gəncləri Liqası” turnirində uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız yarışda 3 medal qazanıb.

Qızlar arasında Gülay Orucova (59 kq), yeniyetmələrdən Nəsimi Musayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənclərin mübarizəsində isə Fərid Hacızadə (55 kq) üçüncü yeri tutub.



22157 oxunub

InvestAZ