XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



“Judo Club 2012”nin karateçiləri Fuceyradan 5 medalla qayıdıblar
İdman 10:51 / 22.02.2024
"Judo Club 2012”nin karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıblar.

Karatenin WKF növləri üzrə keçirilən I açıq çempionatda klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən 16-17 yaş qrupunda Səbinə Fərzəliyeva (-59 kq) və İsmayıl Ələsli (-61 kq), kişilər arasında isə Rəsul Abbasov (-67 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında -75 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Babayev isə finalda məğlub olaraq gümüş medala sahib çıxıb.

Klubun aktivinə növbəti gümüş medalı isə 8 yaş qrupunda -30 kq çəki dərəcəsində çıxış edən Abdul Pirverdiyev yazdırıb.
 
"Judo Club 2012”nin digər yetirmələrindən 10-11 yaş qrupunda çıxış edən Cavad Cəfərov (-30 kq), İlyas Orucəliyev (-35 kq), 14 yaş qrupunda Nicat Bilalov (-40 kq) və Yusif Məmmədzadə (-50 kq), üçüncü yer uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləniblər.

Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə keçirilən beynəlxalq turnirdə 22 ölkəni təmsil edən karateçilər iştirak ediblər.

18506 oxunub

InvestAZ