XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
İdman 12:23 / 22.02.2024

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində həm qadın, həm də kişilərin Yüksək Liqası çərçivəsində növbəti oyunlar keçirilib.

İlk olaraq meydana kişilərdən ibarət "Murov Az Terminal” və "Neftçi” klubları çıxıb. Gərgin keçən görüşdə "Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb.

Günün növbəti matçı isə qadınlardan ibarət "Milli Aviasiya Akademiyası” və "Azərreyl” klubları arasında olub. Oyuna daha yaxşı başlayan "Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib.

Kişilərin turnir cədvəlinə "Azərreyl” 24 xalla (8 qələbə) başçılıq edir. "Murov Az Terminal”ın 21 xalı (8 qələbə), "Neftçi”nin 19 (6 qələbə), "Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), "Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Qadınların turnir cədvəlinə "Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. "Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, "Abşeron” 30 xalla (10 qələbə) 3-cü, "Gəncə” 18 xalla (6 qələbə) 4-cü, "Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.




19152 oxunub

InvestAZ