XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Növbəti voleybol düşərgəsi Sumqayıtda təşkil olunub
İdman 11:10 / 22.02.2024

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, AVF rəhbərliyi mütəmadi olaraq bu işlər çərçivəsində "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgələri təşkil edir. Növbəti düşərgə Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunub.

Düşərgədə 40-a yaxın (14 yaşadək) istedadlı yeniyetmə qız iştirak edir. Bu voleybolçular Sumqayıt regional voleybol klubuna daxil olan ətraf bölgələrdə keçirilmiş seleksiya tədbirlərində seçiliblər. Düşərgəyə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edir. Ona Hamid Anvari və RVK-nın məşqçiləri kömək edirlər. Düşərgədə gündə 4-7 saat məşqlər keçiriləcək və uşaqlara voleybolun incəlikləri öyrədiləcək. Həmçinin idmançıların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.

Qeyd edək ki, bu, AVF-nin fevralda keçirdiyi 3-cü düşərgədir. Artıq Gəncə-Tovuz RVK-larında və Naxçıvan Muxtar Respublikasında belə düşərgələr təşkil edilib. Sonda düşərgələrdə fərqlənəcək istedadlı voleybolçular Bakıda keçiriləcək düşərgələrə cəlb olunacaqlar.


19956 oxunub

InvestAZ