XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026



Portuqaliya finalda
İdman 12:42 / 06.06.2019

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinin ilk yarımfinal qarşılaşması keçirilib.
Portunun "Draqao” stadionunda keçirilən oyunda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıblar.
Oyun Portuqaliya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər üç qolu Kriştiano Ronaldo rəqibin qapısından keçirib. İsveçrə millisinin heyətində isə yeganə qolu Rikardo Rodrigez vurub.
Qeyd edək ki, iyunun 6-da digər yarımfinal qarşılaşmasında İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.
Turnirin və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.
Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasında qrup ikincisi olub.

35022 oxunub

InvestAZ