XƏBƏR LENTİ
05 Mart 2024
04 Mart 2024
03 Mart 2024
01 Mart 2024
29 Fevral 2024



Hakimlər yumruq torbası və günah keçisi olmaq istəmirlər
İdman 15:57 / 06.12.2023

Yunanıstanlı futbol hakimlər ölkə çempionatının oyunlarını idarə etməkdən imtina ediblər. SDNA agentliyinin verdiyi xəbərə görə, hakimlər 14-cü turdan etibarən bu qərara gəliblər. Ədalət təmsilçiləri özlərini təhlükəsiz hiss edənə qədər Yunanıstan futbol çempionatının oyunlarını boykot edəcəklərini əsas gətiriblər. Onlar bu barədə məktub hazırlayaraq Yunanıstan Futbol Federasiyasının prezidenti Panagiotis Baltakos, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, həmçinin ictimai təhlükəsizlik naziri və idman nazirinə göndəriblər. Qeyd olunur ki, səbəb kimi ötən ay Andreas Qamarisin evinin və mağazasının yandırılması və dekabrda Volos - Olimpiakos oyunundan (2:2) sonra Tasos Papapetrou və ailəsinə qarşı təhdidlər göstərilir. "Son illər yunan və əcnəbi hakimlər hədəfə çevrilib, yumruq torbası və günah keçisi olublar. Cəzasız küsmə, reputasiyanın məhv edilməsi, təhdidlər, şifahi və fiziki hücumlar, oyunun əsas qaydalarını bilməmək və s. VAR-ın tətbiqi futbol üçün zəhərli edən şeylərdən sadəcə bir neçəsidir. Yüksək divizion hakimləri Superliqanın 14-cü turundan etibarən fiziki sağlamlığımız üçün şərait normallaşana qədər heç bir matçda vəzifələrini yerinə yetirməmək qərarına gəliblər. Bütün bunların məqsədi bizi və ailəmizi qorumaqdır", - deyə məktubda qeyd olunur.


3385 oxunub

InvestAZ