XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunmuş turnir keçirilib
İdman 14:50 / 09.10.2023
Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə III ölkə çempionatı keçirilib. Yarışdan bir gün əvvəl Gənclər və İdman Nazirliyi, Astara Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib. Çempionatda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Lənkəran, Astara, Lerik, Xızı, Bərdə və Beyləqan atletləri 4 kateqoriya üzrə mübarizə aparıblar. Oğlanlar arasında Gəncə idmançılarının üstünlüyü qeydə alınıb. 500 metr məsafəyə qaçışda Rinad İbrahimov, 1000 metr məsafədə isə Ümid İbrahimov ölkə çempionu olub. Qızların mübarizəsində isə 300 və 500 metr məsafəyə qaçışda müvafiq olaraq Bakı təmsilçiləri Safiya Kərimova və İlahə Quliyeva qalib adını qazanıblar.
15027 oxunub

InvestAZ