XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Pəhləvanlarımız Vətənə medallarla qayıdıblar
İdman 12:54 / 09.10.2023

Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə gənclər arasında "Şxireli kuboku” turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 4 güləşçi təmsil edib. Komandamız Qori sınağından uğurlu nəticə ilə qayıdıb. Təmsilçilərimizdən Vasif Xudiyev (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Dursunov (125 kq) ikinci, Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub. Dairəvi sistem üzrə keçirilən mübarizədə medalın bir addımlığında dayanan Ramik Heybətov (70 kq) dördüncü pillədə qərarlaşıb. Bu turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Rusiyanın Botlix rayonunda isə Yusup Abdusalomovun şərəfinə beynəlxalq turnir təşkil edilib. Millinin üzvü Qadjimurad Maqomedsaidov (97 kq) gümüş medal qazanıb.


14068 oxunub

InvestAZ