XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Taekvondoçularımız Cənubi Koreyada merlə görüşüblər
İdman 12:21 / 07.10.2023

Cənubi Koreyada təlim-məşq toplanışında olan qadın taekvondoçulardan ibarət Azərbaycan millisi yerli mütəxəssis və idmançıların diqqət mərkəzindədir.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığmamız məskunlaşdığı Çunçeon şəhərinin meri Donq Han Yuk tərəfindən də qəbul edilib.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, yaradılan şəraitə və göstərilən diqqətə görə merə təşəkkür olunub. Donq Han Yuk da öz növbəsində komandanın məşq üçün Cənubi Koreyanı seçməsinin faydalı olacağına inamını ifadə edib.


13263 oxunub

InvestAZ