XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Gimnastika tarixinin ən titullu idmançısı
İdman 10:07 / 09.10.2023

Amerikalı gimnast Simona Baylz altıncı dəfə fərdi çoxnövçülükdə dünya çempionu adını qazanıb. O, bu nəticə ilə belaruslu Vitaliy Şerbonu dünya çempionatlarında və olimpiadalarda medalların sayına görə qabaqlayıb (34:33). Baylz hakimlərdən 58,399 bal toplayıb. İkinci yeri braziliyalı Rebeka Andrade (56,766), üçüncü yeri isə ABŞ təmsilçisi Şiliz Cons (56,332) tutub. İyirmi altı yaşlı Simona Baylz 2023-cü ildə iki illik fasilədən sonra idmana qayıdıb. Onun dünya çempionatlarında 21-i qızıl olmaqla 27 medalı var. Simona Baylz dördqat Olimpiya çempionu, həmçinin gümüş və iki dəfə bürünc mükafatçıdır.



13891 oxunub

InvestAZ