XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Boksçularımız Düşənbədən 4 medalla qayıdırlar
İdman 15:33 / 28.07.2023

Azərbaycanın yeniyetmə boksçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar. Yığmamız yarışda 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib. 4 ölkənin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan) ümumilikdə 155 idmançısının qatıldığı yarışda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub.Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yeri tutublar. Komandaya məşqçilər Ayaz Baxşıyev və Zaur Məmmədov rəhbərlik ediblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, Azərbaycan boksçuları Bakıya bu gün qayıdacaqlar.


20500 oxunub

InvestAZ