XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Maribor-2023: Azərbaycan komandası medal sıralamasında 14-cü pillədədir
İdman 08:25 / 28.07.2023

Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının beşinci yarış gününə yekun vurulub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 4 bürünc medalla ümumi sıralamada 14-cü pillədə qərarlaşıb.

Medal əyarına görə sıralamaya İtaliya 28 (10 qızıl, 10 gümüş, 8 bürünc) medalla başçılıq edir. Çexiya 10 (7 qızıl, 2 gümüş, 1 bürünc) medalla ikinci, Rumıniya isə 10 (5 qızıl, 1 gümüş, 4 bürünc) medalla üçüncüdür.

Maribor-2023-də bu günədək ümumilikdə 33 ölkənin təmsilçiləri medal qazanıb.

İyulun 29-dək davam edəcək XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Maribor-2023-də Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq) qızıl, Süleyman Şükürov (-73 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal qazanıb.


17774 oxunub

InvestAZ