XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Mane Ronaldunun yanına gedir
İdman 11:57 / 28.07.2023

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubuna keçir. İtaliyalı insayder Fabritsio Romanonun sosial şəbəkədə paylaşım edib. Belə ki, Almaniyanın "Bavariya” klubunun hücumçusu Sadio Mane "Əl-Nəsr”lə danışıqları yekunlaşdırıb. Klublar arasında da ilkin razılıq əldə olunub. Seneqallı forvardın 37 milyon avro müqabilində yaxın günlərdə yeni komandasına keçidinin rəsmiləşməsi gözlənilir.

Sadio Mane 2022/2023 mövsümündə "Bavariya”nın heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kriştianu Ronaldu, Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçular hazırda "Əl-Nəsr”də çıxış edirlər.


15383 oxunub

InvestAZ