XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Konfrans Liqası: "Neftçi" səfərdən sərfəli nəticə ilə qayıdır
İdman 01:19 / 28.07.2023

Bakının "Neftçi” klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Bosniya və Herseqovinada "Jelezniçar" komandasının qonağı olub. "Qrbavitsa” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 14-cü dəqiqəsində hesabı açan Cenan Haraçiç meydan sahiblərini hesabda önə keçirib. Bakı təmsilçisi oyunun 42-ci dəqiqəsində Kilan Lebonun qolu ilə hesabı bərabərləşdirib. "Jelezniçar” klubu 45+10-cu dəqiqədə yenidən üstünlüyü ələ keçirib. Komandanın heyətində Cozef Amoa fərqlənib. Qarşılaşmanın 90+4-cü dəqiqəsində "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev hesabı bərabərləşdirib.

Bu cütün qalibinin üçüncü təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duetinin güclüsü olacaq.



14934 oxunub

InvestAZ