XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Mariya Stadnik Polşada çempion oldu
İdman 09:26 / 28.07.2023

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open" turnirində qızıl medal qazanıb. 50 kq-da çıxış edən titullu idmançımız finalda yerli Anna Lukasyakı 7:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, həlledici görüşədək kanadalı Keti Dutçak, polşalı Amanda Tomçik və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib.

Qeyd edək ki, iyulun 28-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) mübarizəyə başlayacaq.



14375 oxunub

InvestAZ