XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Cəsur İbadlı: “Əsas odur ki, yarışları medalla başa vurdum” - MÜSAHİBƏ
İdman 21:49 / 26.07.2023

"Maribor-2023-də bürünc medala sahib çıxdım. Düzdür, bu, qızıl medal da ola bilərdi. Amma əsas odur ki, yarışları medalla başa vurdum”

Bu sözləri "Olimpiya dünyası” qəzetinin Maribora ezam olunmuş əməkdaşına verdiyi müsahibədə XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının bürünc mükafatçısı Cəsur İbadlı bildirib.

-66 kq çəki dərəcəsində üçüncü yeri tutan cüdoçumuz qazandığı bürünc medalı yüksək dəyərəndirib.

"Güclü rəqiblərlə qarşılaşdım. Amma bizim komandamız da güclüdür. Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Yarımfinalda gürcüstanlı idmançıya məğlub oldum. Həmin idmançını bir dəfə məğlub etmişdim. Düşünürdüm ki, bu dəfə də rahat şəkildə qalib gələcəyəm. Lakin səhv taktika qurduğuma görə məğlub oldum. Üçüncü yer uğrunda görüşdə Moldova idmançısı ilə üz-üzə gəldim. Həmin cüdoçu bu görüşə yaxşı hazırlamışdı. Həlledici görüşdə ona qalib gələrək, bürünc medala sahib çıxdım. Fürsətdən istifadə edib, bizə belə bir şərait yaratdığına görə Azərbaycan Cüdo Federasiyasına, məşqçilərimizə və şəxsi məşqçim Hikmət Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Cəsur İbadlı bildirib.


13732 oxunub

InvestAZ