XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə üz-üzə
İdman 11:10 / 26.07.2023

Bu gün Azərbaycanın "Qarabağ” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. "Köhlən atlar” Polşa təmsilçisi "Rakuv”la qarşılaşacaq. İlk mərhələdə Cəbəllütariq çempionu "Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar "Rakuv”la birinci matçını Çenstoxovadakı "Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


13978 oxunub

InvestAZ