XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Qılıncoynadanlarımız Avropa çempionatında iştirak edəcəklər
İdman 18:20 / 08.06.2023

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Qitə çempionatında ölkəmizi yeddi idmançı təmsil edəcək.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaqlar. Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov gücünü sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 16-dan 19-dək keçiriləcək.



9791 oxunub

InvestAZ