XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Paris Olimpiadasının məşəl estafetində iştirak üçün qeydiyyat prosesinə start verilib
İdman 10:04 / 05.06.2023

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəl estafetində iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə start verilib. Təşkilatçılar Olimpiya Oyunları üçün 10 min, Paralimpiya Oyunları üçün isə min məşəlçi axtarır.

Bildirilib ki, Olimpiya Oyunlarının məşəl estafetində 7 min fərdi, 3 min isə kollektiv məşəlçinin iştirakı nəzərdə tutulub. Onlar 2024-cü ilin aprelindən Fransanın bütün bölgələrində olacaqlar.

Təşkilatçıların namizədlərdən tələbi onların 2023-cü ildə ən azı 15 yaşı olmasıdır. Seçimin yalnız atletika performansına əsaslanmayacağı qeyd edilib. Münsiflər heyəti namizədlərin ətraf mühitin müdafiəsi və ya sosial yardım kimi dəyərlərinə diqqət yetirəcək.

Məşəl estafetinin marşrutu iyunun 23-də bəlli olacaq və hər kəsin bu estafetə müraciət etmək hüququ var. Ancaq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nizamnaməsində nəzərdə tutulduğu kimi, vəzifəli şəxslər, eləcə də din xadimləri müraciət edə bilməzlər.


22879 oxunub

InvestAZ