XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Zöhrə Ağamirova Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 17:26 / 18.05.2019

Təmsilimiz Zöhrə Ağamirova Bakıda keçirilən 35-ci Avropa çempionatının finalına vəsiqə qazanıb.
Zöhrə Ağamirova gürzlərlə yarışlarda 20.800 xalla altıncı olub və finala adlayıb. 
Beləliklə, sabah final yarışlarında Zöhrə Ağamirova ilə yanaşı, medallar uğrunda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqariya), Anastasiya Salos (Belarus), Vlada Nikolçenko (Ukrayna), Yekaterina Vedeneva (Sloveniya) və Nikol Zelikman (İsrail) mübarizə aparacaqlar.
İdmançımız topla hərəkətlərdən başqa digər çoxnövçülükdə (halqa, gürz və lent) finala adlamağaı bacarıb. O, topla hərəkətlərdə 20,050 xalla doqquzuncu yeri tutub. 
Zöhrənin lentlərlə hərəkətlərdə çıxışı hakimlr tərəfindən 20.050 xalla qiymətləndirilib və o, sıralamada 8-ci yeri tutub. 
Veronika Qudis isə halqa ilə hərəkətlərdə 18.250 xalla 19-cu pillədə qərarlaşıb. Idmançımız gürzlərdə 18.800 xal (20-ci yer), toplarda 17.900 xal (26-cı yer), lentlərdə isə 15.200 (30-cu yer) xal toplayıb. Bu xallar ona finala düşməyə kifayət etməyib. 


33588 oxunub

InvestAZ