XƏBƏR LENTİ
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Qol güləşçiləri ümumrespublika turnirində bir araya gələcəklər
İdman 10:22 / 27.03.2023

Aprelin 29-30-da Bakı Gənclər Evində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” devizi altında qol güləşi üzrə ümumrespublika turniri keçiriləcək. Yarışda paytaxtla yanaşı, bölgələrdən də peşəkar və həvəskar idmançılar iştirak edəcəklər. Turnirdə şagird və tələbələrin də çıxışı nəzərdə tutulur. Ümumrespublika turniri 13 çəki dərəcəsi üzrə sol və sağ qollar üzrə təşkil olunacaq. Fiziki imkanları məhdud idmançılar və qazilər xüsusi təsnifatda üç çəki dərəcəsi üzrə güclərini sınayacaqlar.

Qaliblərə Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən diplomlar, ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə xüsusi hazırlanmış medallar təqdim olunacaq. Həmçinin qaliblər "İronMaxx Azərbaycan” şirkəti tərəfindən pul mükafatı və idman qida əlavələri ilə mükafatlandırılacaq.


20866 oxunub

InvestAZ