XƏBƏR LENTİ
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023



Bu gün daha 5 güləşçimiz Zaqrebdə xalça üzərinə çıxacaq
İdman 10:43 / 03.02.2023

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Openturniri davam edir. Bu gün daha beş güləşçimiz turnirdə mübarizəyə qoşulacaq. Yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) təsnifat mərhələsində iranlı Amin Yavar Kaviyaninejadla üz-üzə gələcək. İslam Abbasov 1/16 finalda Damian Von Euv (İsveçrə), Məhəmməd Əhmədiyev (hər ikisi 88 kq) təsnifatda Matey Mandiçlə (Xorvatiya) güləşəcək.

Qadınların yarışında Alyona Kolesnik (59 kq) ilk görüşünü moldovalı Anastasiya Niçitaya, Elis Manolova (62 kq) isə Kiyoko Mirakla (ABŞ) qarşı keçirəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.


2109 oxunub

InvestAZ