XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Yeniyetmə və gənc kikboksçular ilin ilk yarışında mübarizə aparıblar
İdman 11:44 / 22.01.2023

"Xəzər” kikboksinq klubunun ikinci açıq çempionatı keçirilib. Yarışın açılış mərasimində yeniyetmə və gənc kikboksçulardan ibarət millimizin baş məşqçisi Hikmət Hacıyev iştirak edib. O, bütün idmançılara uğurlar arzulayıb. Yarışda paytaxt və bölgələrdən 25 klubun tərkibində 320 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Çempionatda Hikmət Hacıyevin rəhbərliyi altında uğurla çıxış edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 21-i qızıl, 6-sı gümüş, 7-si bürünc olmaqla 34 medal qazanıb.

Əməkdar məşqçi Hikmət Hacıyev idmançıların çıxışını yüksək qiymətləndirərək deyib: "Yarış yüksək səviyyədə keçdi. Bizim üçün ilin ilk yarışı idi. Bunun öhdəsindən layiqincə gəldik. Qarşıda bizi xeyli yarış gözləyir. İndi əsas diqqətimiz növbəti turnirlərə yönəlib”.


26471 oxunub

InvestAZ