XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Azərbaycan çempionatının ilk günündə bir qrup şəxsə dan dərəcələri təqdim edildi 
İdman 21:15 / 05.12.2025

Dekabrın 5-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start verilib.

Yarışların ilk günündə Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib. Final görüşlərindən əvvəl təşkil olunan mərasimdə Azərbaycan cüdosunun inkişafına verdiyi töhfə, göstərdiyi dəstək və fədakarlığa görə "AZMAN" Holdinqin mətbuat meneceriXanlar Məmmədova fəxri V dan dərəcəsi təqdim edilib. Bundan başqa mərasimdə Azərbaycan İdman Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə cüdo ixtisasında təhsil alan tələbələrin peşəkar inkişafı ilə əlaqədar birgə əməkdaşlıq fəalliyətlərində aktiv iştirak edən 8 nəfər III kurs tələbəsi isə I dan dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan çempionatına dekabrın 7-də qarışıq komanda yarışları ilə yekunlaşacaq.



6188 oxunub

InvestAZ