XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026



Brisben-2032-də sonra 10 namizəd ölkə..
Olimpiya oyunları 16:08 / 20.10.2022

2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin sayı bəlli olub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) baş direktoru Kristof de Kepper Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyasının iclasında deyib. IOC rəsmisinin sözlərinə görə, 10 ölkə olimpiada üçün müraciət edib. De Kepper hələlik həmin layihələrin ilkin mərhələdə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq. Daha əvvəl Misirin 2036-cı ildəki yarış üçün müraciət edəcəyi bildirilib.


60960 oxunub

InvestAZ