XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Konya-2021: Pəhləvanlarımız günü 5 medalla başa vurdular
İdman 21:58 / 12.08.2022
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir. Konya Texniki Universitetində təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 55 kq, 63 kq, 72 kq, 82 kq və 97 kq-da, qadın güləşində isə 55 kq və 65 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıb. Pəhləvanlarımız günü 5 (2 qızıl, 2 gümüş və 1 bürünc) medalla başa vurublar. Yunan-Roma güləşi üzrə yarışda Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə (8:0) və qazaxıstanlı Amangali Bekbolatova (3:1) qalib gələrək adını finala yazdırıb. Dünya və Avropa çempionumuz həlledici görüşdə özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşıb və rəqibinə tam üstünlüklə (10:1) qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Komandamızın digər üzvü Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinlik çəkmədən Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda eyni hesabla özbəkistanlı Turabek Tirkaşevə uduzub.
Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağ (10:1) və qırğızıstanlı Bek Konurbayevi (9:0) tam üstünlüklə yolundan kənarlaşdıraraq finala vəsiqə qazanıb. Ü.Qənizadə finalda iranlı Mahmud Rüstəmiylə gücünü sınayıb. Olduqca gərgin mübarizə şəraitində keçən, mübahisəli hakim qərarlarıyla müşahidə edilən görüşdə minimal fərqlə (8:9) uduzan Ülvü gümüş medalla kifayətlənib.
Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə (8:0), türkmənistanlı Toyli Orazova (9:0) və türkiyəli Əmrah Kuşa (2:1) qalib gələrək finala yüksəlib. Dünya və Avropa çempionumuz həlledici görüşdə qırğızıstanlı Kalidin Asikeyevlə münasibətləri aydınlaşdırıb. İlk hissəni 0:3 hesabıyla geridə başa vuran Rafiq yekunda 6:3 hesablı əzmkar qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Arif Niftullayev isə 1/4 finalda iranlı Mehdibali Balihamzehdeyə məğlub olub - 0:8.
Qadın güləşçilərinin yarışında 55 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Elnurə Məmmədova (55 kq) ilk turda türkiyəli Zeyneb Yetgilə (2:3), ikinci turda özbəkistanlı Şoxida Əhmədovaya (5:6) minimal fərqlə məğlub olub. E.Məmmədova sonuncu – 3-cü turda tunisli Faten Hammami ilə üz-üzə gəlib və 11:0 hesablı qələbəylə bürünc medala sahib çıxıb.
Elis Manolova B qrupunda ilk görüşdə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Yelena Şaliginanı məğlub edib və qrup lideri kimi yarımfinala yüksəlib. Yarımfinalda kamerunlu Berte Emilyenə minimal fərqlə (2:1) qalib gələn Manolova finala adlayıb. Elis həlledici görüşdə yenidən Şaligina ilə qarşılaşıb. Bu dəfə sonuncu xal prinsipinə əsasən (3:3) rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.


24662 oxunub

InvestAZ