XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Cüdoçularımız Avropa birinciliyinə 4 medalla başladılar
İdman 10:22 / 24.06.2022
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Qızıl medalları komandamızın aktivinə Şahin Orucov (55 kq) və Nizami İmranov (60 kq) yazdırıblar. Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medal əldə ediblər.

Birinci günün yekun nəticələrinə görə, 4 medal əldə edən komandamız ümumi hesabda birinci yeri tutub.

İyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.


34845 oxunub

InvestAZ