XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Formula 1 Azərbaycan Qran Prisində yeniliklər
İdman 16:57 / 19.04.2019


2019 Formula 1 Azərbaycan Qran Prisindən öncə pilotların paradı zamanı bəzi yeniliklər olacaq.
Bu haqda jurnalistlərə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Yarışından əvvəl pilotlar xüsusi xalça üzərində yürüş edəcəklər. Xalçanın üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran Prisinin 1001-ci yarış olması ilə əlaqədardır. Onları 25 rəqqas müşayiət edəcək.
Bundan başqa, Azərbaycanın Dövlət Himni xüsusi formada səsləndiriləcək. Himnimizi Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli ifa edəcəklər. Onları tar, nağara, violançel və timpani alətləri vasitəsi ilə ifaçılar müşayiət edəcəklər.

18524 oxunub

InvestAZ