XƏBƏR LENTİ
04 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Arsenal" "Çelsi"ni darmadağın edərək liderliyi ələ keçirdi
İdman 02:16 / 24.04.2024
Futbol üzrə İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış bir oyun keçirilib.
Günün yeganə matçında "Arsenal” klubu doğma meydanda "Çelsi”ni qəbul edib. Oyun "topçular"ın böyükhesablı qələbəsi ilə başa çatıb -5:0. 
London derbisində hesabı erkən qolla Trossard açıb. Matçın 4-cü dəqiqəsində fərqlənən futbolçu "Arsenal" hesabda önə keçirib. Oyunda növbəti qolları isə hərəyə iki dəfə fərqlənən Uayt (52; 70) və Haverts (57; 65) vurub. 
"Arsenal" bu qələbə sayəsində xallarının sayını 77-yə çatdıraraq liderliyi ələ keçirib. Mikel Artetanın komandasını 3 xal fərqlə bir oyun az keçirən "Liverpul” izləyir. Aktivində 47 xalı olan "Çelsi” isə 9-cu sırada yer alır. 

3466 oxunub

InvestAZ