XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



Çingiz Hüseynzadə: “İnanıram ki, atletlərimiz lisenziyalarımızın sayını daha da artıracaqlar”
İdman 15:10 / 23.04.2024

"Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançılarımız 44 lisenziya qazanmışdılar. Hesab edirəm ki, Paris-2024-də bu rəqəmi saxlamalıyıq”.

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK və "Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib.

Atletlərimizin Paris Olimpiadasına bu günə qədər 17 lisenziya qazandığını deyən Çingiz Hüseynzadə bu rəqəmin lisenziya yarışları başa çatdıqdan sonra daha da artacağını qeyd edib: "Bizim artıq bir neçə idman növlərində lisenziyalarımız var. Batut gimnastikası üzrə, 3x3 basketbol üzrə qadınlardan ibarət millimiz ilk dəfə olaraq Olimpiya Oyunlarına lisenziya əldə etdilər. Əslində bu sürpriz sayılmamalıdır. Əgər biz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına və Konya-2021-də əldə olunan nəticələrə baxsaq, görərik ki, basketbolçularımız bu Oyunlarda birinci yeri tutublar. Yəni bu komandanın böyük nəticəsi var və Paris-2024-ə lisenziyanı heç də təsadüfən qazanmayıb.
Bundan başqa, ilk dəfə olaraq qadın cüdoçularımız bu olimpiadada 3 idmançı ilə təmsil oluna bilər. Lisenziya yarışları davam edir. İnanıram ki, atletlərimiz bu yarışlarda uğurla çıxış edərək, lisenziyalarımızın sayını daha da artıracaqlar. Hər Olimpiya Oyunlarında idman növlərimizin sayı artır. Medal qazanılan idman növlərimizin də sayında artım var. Düşünürəm ki, bu il də belə olacaq və idmançılarımız bizi yeni qələbələri ilə sevindirəcəklər”.


5822 oxunub

InvestAZ