XƏBƏR LENTİ
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Üzgüçülər ölkə çempionatında yarışacaqlar
İdman 10:38 / 22.04.2024

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan ÜzgüçülükFederasiyasının mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-dən 27-dək Bakı Su İdman Sarayında təşkil olunacaq yarışda 3-cü idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər.

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterflyay üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib.

Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.


22726 oxunub

InvestAZ