XƏBƏR LENTİ
04 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Xavi “El Klasiko”dan danışdı
İdman 16:50 / 20.04.2024

​​​​​​​"Çətin bir həftə oldu. PSJ-yə qarşı nəticəni həzm etmək çətindir, amma indi özümüzü toparlayıb sabahkı oyuna hazırlaşmalıyıq”.

Bu sözləri "Barselona” klubunun baş məşqçisi Xavi Hernandes "El Klasiko”dan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib:

44 yaşlı mütəxəssis ""Real”ın "Mançester Siti”yə qarşı oynadığı kimi PSJ-yə qarşı oynayıb yarımfinala çıxmaq istərdinizmi?” sulına özünəməxsus tərzdə cavab verib.

""Real Madrid” həqiqətən yaxşı müdafiə olundu və bu da oyunun bir hissəsidir. "Real”ın nəticəsi təsadüfi deyil”.

Xavi İlkay Gündoğan və Ronald Arauxo arasında olan münasibətlərə də aydınıq gətirib: "Aralarında heç bir problem yoxdur. Hər şey həll olunub. Pozitiv düşünməyin vaxtıdır. Sabah qalib gəlsək, "Real Madrid”dən 5 xal geridə olacağıq”.

Kataloniyalı məşqçi PSG ilə oyunda meydandan qovulmaq səbəbinə də münasibətini bildirib:

"Bu mənim günahım idi. Özümü daha yaxşı cilovlamalı idim. Mən də daxil olmaqla, PSJ-yə qarşı çox səhvlər etdik. Artıq hakimlər haqqında danışmaq istəmirəm. Ümid edirəm ki, sabahkı hakim bütün qərarlarını düzgün qəbul edər.

Xavi klubdakı gələcəyi ilə bağlı danışərkən isə bunları deyib: "Gələcəyimi müzakirə etmək üçün planlaşdırılan görüş yoxdur. Mən yalnız sabahkı oyun haqqında düşünürəm. Sonra danışmaq üçün vaxt olacaq”.


1365 oxunub

InvestAZ