XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Portuqaliyalı ulduz "Yuventus"a keçdiyinə peşmandır
İdman 15:22 / 18.04.2019


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunu vaxtından əvvəl tərk edə bilər. Portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/4 finalında "Ayaks"a məğlub olaraq mübarizəni dayandırdıqdan sonra çox məyus olub. 34 yaşlı hücumçunun bu mövsümün sonu klubu tərk etməyəcəyi vurğulanıb. Ancaq onun 2020-ci ilin yayında "Yuventus"da ayrılmağa hazır olduğu bildirilib.
Qeyd edək ki, Ronaldonun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.
Xatırladaq ki, son 5 ildə 4 dəfə ÇL-in kubokunu qazanan portuqaliyalı futbolçu 9 ildən sonra ilk dəfə yarımfinalda oynamayacaq.

19634 oxunub

InvestAZ