XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Çin milli komandası olimpiadada ilk dəfə fərqləndi — FOTO
Olimpiya oyunları 09:55 / 03.02.2022
Qadınlardan ibarət Çin milli komandası Pekin-2022 Qış Olimpiya Oyunlarının hokkey yarışlarında rekorda imza atıb. Çexiya ilə qarşılaşmanın 30-cu dəqiqəsində ev sahibləri rəqib qapısından keçirdiyi şayba ilə Olimpiya oyunlarının tarixinə düşüb. Çinin qadınlardan ibarət yığma komandası ilk dəfədir ki, olimpiadalarda bu uğura imza atır. Həmin şaybanın müəllifi Le Min (əsl adı Xanna Miller) olub. Xatırladaq ki, görüş 3:1 Çexiya yığmasının qələbəsi ilə başa çatıb.
47923 oxunub

InvestAZ