XƏBƏR LENTİ
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



“Tata Steel Masters”: Qrossmeysterimiz turu qələbə ilə başa vurdu
İdman 22:09 / 18.01.2022
Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters” şahmat super turniri davam edir. Bu gün yarış çərçivəsində dördüncü turun oyunları keçirilib.
Ölkəmizin yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb. Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.
Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit liderlik edir.


29385 oxunub

InvestAZ