XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Pekin-2022 texnoloji üstünlükləri ilə digərlərindən fərqlənəcək
İdman 14:20 / 16.01.2022
Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırlıq prosesi davam edir. Builki yarış texnoloji üstünlükləri ilə digərlərindən fərqlənəcək. Çin nümayəndə heyəti qida sektoru ilə bağlı növbəti yeniliyi təqdim edib. Belə ki, jurnalistlər və işçi heyətə yeməkləri insanlar əvəzinə xüsusi robotlar verəcək. Bununla bağlı sınaq təqdimatı da keçirilib.
Eyni zamanda Olimpiadalar tarixində ilk dəfə əksər oyun meydanları 100 faizlik bərpa olunan enerji ilə təmin olunacaq. Yarış arenalarına 700-dən çox hidrogenlə işləyən avtomobilin də cəlb olunacağı gözlənilir.
Beynəlxalq Olimpiya Komitəsi və Çin rəhbərliyinin birgə razılığına əsasən, yarışları yalnız yerli azarkeşlər izləyəcək. Tokio-2020 Yay Olimpiya Oyunlarından fərqli olaraq bu dəfə xaricdən gələn media nümayəndələri və atletlərə daha sərt COVID–19 protokolları tətbiq olunacaq.
Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.


17522 oxunub

InvestAZ