XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Arzuların teatrı”nda uğursuz benefis
İdman 09:14 / 11.04.2019


Aprelin 10-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. Oyunlardan biri İngiltərədə, digəri isə Hollandiyada təşkil olunub. Gecənin maraqla gözlənilən oyunlarından biri "Old Trafford” stadionunda keçirilib. "Arzuların teatırı”nda təşkil olunan matçda "Mançester Yunayted” ilə "Barselona” üz-üzə gəlib. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Oyunda yeganə qol matçın 12-ci dəqiqəsində vurulub. Lionel Messinin ötürməsindən sonra Luis Suares qapıya başla vurduğu zərbə rəqibin müdafiəçisi Luk Şouya dəyərək qapıdan keçib - 0:1. Qoldan sonra hücuma atılan meydan sahibləri rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, hesab dəyişməyib.
Günün digər oyunu isə Amsterdamdakı "Yohan Kroyf Arena” stadionunda keçirilib. Burada yerli "Ayaks” İtaliyanın "Yuventus” klubunu qəbul edib.
Matçın 45-ci dəqiqəsində "Yuventus” Kriştianu Ronaldonun qolu sayəsində hesabda önə keçib. İkinci hissənin lap əvvəlində - 46-cı dəqiqədə isə meydan sahiblərinin futbolçusu David Neres hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla başa çatıb.
Qeyd edək ki, dörddəbir final mərhələsinin cavab görüşləri aprelin 16-da və 17-də keçiriləcək.

23643 oxunub

InvestAZ