XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Fransa millisi Millətlər Liqasının qalibi oldu
İdman 09:28 / 11.10.2021
Oktyabrın 10-da UEFA Millətlər Liqasının "Dördlər finalı”nın qalibi müəyyənləşib. Turnirin həlledici görüşündə İspaniya və Fransa yığmaları qarşılaşıblar. Milan şəhərindəki "San-Siro” stadionunda təşkil olunan görüş Fransa millisinin qələbəsi ilə başa çatıb - 2:1.
Parislilərin heyətində Kərim Benzema, Kilyan Mbappe fərqlənib. İspaniyalıların yeganə qolunun müəllifi isə Mikel Oyarsabal olub.
Qeyd edək ki, İspaniya seçməsi yarımfinalda İtaliyanı 2:1, Fransa millisi isə Belçikanı 3:2 hesabı ilə üstələyib.
Millətlər Liqasının "Dördlər finalı”nın bürünc mükafatçısı isə İtaliya millisi olub. Appeninlilər üçüncü yer uğrunda görüşdə Belçika komandasından üstün olublar - 2:1.
Turindəki "Alianz” stadionunda təşkil olunan oyunda birinci hissədə hesab açılmayıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabda önə keçib. Nikolo Barella fərqlənib. Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Domeniko Berardi fürsəti əldən verməyib.
Qarşılaşmanın 87-ci dəqiqəsində Belçika yığması qollardan birinin əvəzini çıxıb. Oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişilməyib. Beləliklə, İtaliya millisi "Dördlər finalı”nın bürünc mükafatçısı olub.
Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

27758 oxunub

InvestAZ