XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Olimpiya mükafatçımız bu dəfə də ikinci oldu
İdman 11:41 / 06.04.2019

Antalyada keçirilən "Qran-Pri" yarışının ikinci günündə cüdoçumuz Rüstəm Orucov gümüş medal qazanıb. Finala qədər Koreya, Qambiya, Ukrayna və Rusiyadan olan rəqiblərinə qalib gələrək uğurla irəliləyən R.Orucov (73 kq) həlledici qarşılaşmada Koreya Respublikasının təmsilçisi Çanqrim Ana uduzaraq gümüş medala layiq görülüb. 73 kq çəki dərəcəsində qalib olan idmançılara mükafatları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib. Qeyd edək ki, daha əvvəl komandamızın üzvü Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

21967 oxunub

InvestAZ