XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



"Neftçi" doğma divarlar arasında da Yunanıstan təmsilçisi ilə bacarmadı
İdman 10:42 / 29.07.2021
UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bakının "Neftçi” klubu da Bakıda cavab oyununa çıxıb. "Bakcell Arena”da Yunanıstanın "Olimpiakos” komandasını qəbul edən paytaxt təmsilçisi səfərdə olduğu kimi, bu dəfə də minimal hesabla uduzub. İspaniyalı baş hakim Rikardo de Burqosun idarə etdiyi oyun "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu matçın 15-ci dəqiqəsində Giorqos Masuras vurub.
Beləliklə, iki oyunun nəticəsinə görə, Yunanıstan klubu Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb. "Neftçi" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. Flaqmanın turnirin üçüncü təsnifat mərhələsindəki rəqibi HİK (Finlandiya) olacaq. "Neftçi” ilk oyunu avqustun 5-də Bakıda keçirəcək. Bir həftə sonra isə bu komandalar arasında cavab oyunları təşkil olunacaq.


25368 oxunub

InvestAZ