XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AVRO-2020: Uels məğlub olsa da 1/8 finala vəsiqə qazandı
İdman 22:12 / 20.06.2021
1/8 finala vəsiqəni ötən tur təmin edən İtaliya millisi Romadakı "Olimpiko” stadionunda Uels yığmasını qəbul edib. Görüş "Skuadra adzura”nın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu görüşün 39-cu dəqiqəsində Matteo Pessina vurub.

Beləliklə, bu qələbədən sonra İtaliya millisi 9 xalla qrup lideri olub. Komanda pley-offa ötən tur İsveçrə üzərində qələbə qazanaraq vəsiqəni təmin etmişdi. İsveçrə ilə xalları bərabər olan Uels isə ikinci yer sahibi kimi pley-offa vəsiqə qazanıblar. İsveçrəlilər isə son turun digər oyunlarının nəticəsindən asılı olaraq, ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala yüksələ bilərlər.

16076 oxunub

InvestAZ