XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tokio-2020-də azarkeşlər müəyyən tələblərə cavab vermək şərtilə arenalara buraxılacaqlar
Olimpiya oyunları 11:10 / 18.06.2021
Bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yerli azarkeşlərin iştirak etməsinə icazə verilib. Bu barədə ölkənin baş naziri Yoşihide Suqa mətbuat konfransında açıqlama verib.
Baş nazir bildirib ki, yerli tamaşaçılar müəyyən tələblərə cavab vermək şərtilə arenalara buraxıla bilərlər.
Bunun üçün stadionlara və idman obyektlərinə daxil olan yerli azarkeşlər tibbi maska taxmalıdırlar. Yaxın vaxtlarda bu barədə tamaşaçılar üçün müvafiq qaydalar toplusu hazırlanacaq.
Hökumət rəsmisi idman tədbirlərinin pandemiya şəraitində keçirilmə qaydalarını tezliklə təsdiqlənəcəyini də konfrans zamanı açıqlayıb. Bu qaydalar arenalarda tamaşaçı sayının 10 mini keçməməsini təmin edir.
Qeyd edək ki, Tokio Olimpiadası bu il 23 iyul - 8 avqust tarixlərində təşkil olunacaq.

35553 oxunub

InvestAZ