XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Cüdoçularımız Liqnanoya tam heyətlə yollanacaq
İdman 16:22 / 28.03.2019

Aprelin 6-7-də İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.
Qitə kuboku yarışlarında ölkəmizi 17 cüdoçu təmsil edəcək.
Turnirdə kişi cüdoçularımız bütün çəki dərəcələrində çıxış edəcəklər. Qızlar arasında keçirilən yarışlarda isə idmançılarımız yalnız 48, 57 və 63 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa kuboku yarışlarında 35 ölkədən 571 cüdoçu iştirakını təsdiqləyib.

21612 oxunub

InvestAZ