XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dünyanın ən güclü qrossmeysterləri Şəmkirə toplaşacaqlar
İdman 13:57 / 27.03.2019

Martın 30-da Şəmkirdə tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi "Shamkir Chess 2019” super turniri start götürəcək.
Altıncı Vüqar Həşimov Memorialında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Qiri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk, Sergey Karyakin, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov iştirak edəcəklər. Heyətinə görə ilin ən güclü yarışlarından biri olacaq turnirin ümumi mükafat fondu 100 min avro təşkil edəcək.
Qeyd edək ki, ötənilki Şəmkir turnirinin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olub.

18719 oxunub

InvestAZ