XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız Dohadan iki gümüş medalla qayıdırlar
İdman 10:04 / 14.01.2021
Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə "World Masters” turniri başa çatıb. 3 gün davam edən yarışda ümumilikdə 398 idmançı iştirak edib. Bunların 215-i kişi, 183-ü isə qadın cüdoçular olub. "World Masters”də 7 idmançı ilə təmsil olunan Azərbaycan turniri 2 gümüş medalla başa vurub. Kişilərdən Zelim Kotsoyev (100 kq), qadınlardan isə İrina Kindzerska (78+) fəxri kürsüyə çıxıblar. Azərbaycan medal sayına görə 69 ölkə arasında 8-ci yeri tutub. İlk pillədə 7 medalla (5 qızıl, 1 gümüş, 1 bürünc) Fransa qərarlaşıb. 3 qızıl medal qazanan Cənubi Koreya ikinci, 2 qızıl, 5 gümüş medal əldə edən Yaponiya isə üçüncü olub.
32737 oxunub

InvestAZ