XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Sergey Karyakindən gözlənilməz vəd
İdman 10:42 / 15.10.2020
Rusiyanın "Spartak” komandasına azarkeşlik edən rusiyalı şahmatçı Sergey Karyakin "Se” jurnalının əməkdaşı ilə söhbətində qeyri-adi vəd verib. Onun sözlərinə görə, komanda çempion olarsa, o, yüz uşaq üçün eyni vaxtda oyun seansını keçirəcək.
" Obyektiv desək, "Spartak” birinci yer uğrunda mübarizədə favorit deyil. Amma həmişə finiş sıçrayışını etmək lazımdır. Daha sonra isə rəqiblər xal itirsinlər və bizə şans versinlər. Yadımdadır, 2017-ci ildə "Spartak” çempion olarsa geyimdə hovuza tullanmağa söz vermişdim və sözünü yerinə yetirdim. Bu dəfə xeyirli bir vəd vermək istəyirəm. Düşünürəm ki, futbolu sevən yüzlərlə uşağa qarşı eyni vaxtda seans keçirmək daha maraqlı olar. Uşaqların hansı kluba azarkeşlik etməsi isə vacib deyil”, - deyə şahmatçı bildirib.



29067 oxunub

InvestAZ