XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İlham Zəkiyev: "Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi"
İdman 14:01 / 30.09.2020
"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".
Bu sözləri paralimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib. O, Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi. Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim".
Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib

22566 oxunub

InvestAZ