XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Sergey Bubkanın rekordu yeniləndi
İdman 18:24 / 18.09.2020
İsveçli atlet Arman Düplantis tullanmada yeni dünya rekordunu müəyyən edib. Romada keçirilən "Brilliant Liqa” mərhələsində atlet 6,15 metr - əvvəlki rekorddan bir santimetr yüksəyə tullanıb. Beləliklə, A.Düplantis ukraynalı Sergey Bubkanın 26 il əvvəl açıq meydançalarda qazandığı nailiyyətlərini yeniləyib. Xatırladaq ki, 1994-cü ildə ukraynalı idmançı 6,14 metrə atlamışdı.
2020-ci ilin fevral ayında Arman Düplantis Qlazqoda keçirilən beynəlxalq turnirdə (6,18 metr) qapalı məkanda dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, 20 yaşlı isveçli atlet 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısıdır və onun aktivində 2018-ci ildə təşkil olunan Avropa birinciliyinin qızıl medalı var.

31856 oxunub

InvestAZ