XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Mayk Tayson:​ “Yaxınlaşdım və yumruq atdım”
İdman 19:50 / 18.05.2020
Ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson həbsxanada olarkən kamera yoldaşına necə yumruq atmasını xatırlayıb. "Həbsxanada mənim yalnız bir dəfə mübahisəm düşüb. Xatırlayıram ki, kimsə nəsə dedi və bu məni çox qıcıqlandırdı. Ona yaxınlaşdım və yumruq atdım. Biz uzun müddət idi ki, bir kamerada idik. Həmin vaxt mən çox qəzəbli idim. İdman zalına getmək mümkünsüz olduğu üçün özümü çox kefsiz və çarəsiz hiss edirdim”,- deyə M.Tayson deyib.
Qeyd edək ki, Mayk Taysonun üç məhkumluğu var. İlk dəfə o, üç il, ikinci dəfə 3,5 ay və 2008-ci ildə isə bir sutka həbsxanada qalıb.

22311 oxunub

InvestAZ